ABŞ-ın milli valyutası olan dollar manata qarşı 0,2% bahalaşaraq 1,5180 manat təşkil edib.
Avro isə manata qarşı ucuzlaşıb. Avrozonanın vahid valyutası manata nisbətən 0,05% ucuzlaşaraq 1,7074 manata çatıb.
Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 0,43% zəifləyərək 0,0231 manat olub.
Türkiyə lirəsi də manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,04% güclənərək 0,5184 manata çatıb.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1622 manatdır. Beləliklə, ötən günlə müqayisədə funt sterlinq manata qarşı 0,7%-lik bahalaşma nümayiş etdirib.
Gürcüstan larisi isə 0,49% ucuzlaşaraq 0,7057 manata çatıb.
Interpress.az