Azərbaycan gilasları Rusiyaya niyə buraxılmadıbackend

Azərbaycan gilasları Rusiyaya niyə buraxılmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibliyindən məsələ ilə bağlı verilən məlumatda bildirilib ki, sərhəddə saxlanılan sahibkar məhsulun Rusiyaya ixrac olunması ilə bağlı bizə müraciət etməyib və 45 kiloqramlıq gilas məhsulunu əl yükü kimi qanunsuz olaraq qonşu ölkəyə keçirmək istəyib.

“Rosselxoznadzor” saxlanılan şəxsin kimliyi və məhsulun saxlaması ilə bağlı DFNX-yə heç bir məlumat verməyib. Qeyd edək ki, Rusiya və digər ölkələrə məhsul ixrac edən sahibkarlar əvvəlcə Dövlət Xidmətinin müvafiq Rayonlararası Bitki-Karantin Məntəqələrinə müraciət etməli, yük müvafiq prossedurlardan keçdikdən sonra imtina üçün əsas olmadıqda, yükə fitosanitar sertifikat verilir.

Cari ilin əvvəlində Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı ilə bağlı yaranan problemlər artıq aradan qaldırılıb və azərbaycanlı sahibkarlar rahat şəkildə Rusiya ilə idxal-ixrac əməliyyatı həyata keçirə bilirlər. Xatırladaq ki, ötən gün “Rosselxoznadzor” Federal Xidməti Azərbaycandan Rusiyaya keçən gilasları buraxmayıb.

Federal Xidmətin yaydığı məlumatda bildirilib ki, Azərbaycandan Rusiya Federasiyasına daxil olan Dağıstan Respublikasına 45 kiloqram gilasda \”Yaraq-Kazmalyar\” buraxılış məntəqəsində qurd aşkar edildiyindən, onlar Rusiyaya buraxılmayıb. (gündəlik bakı)

İnterpress.az