Bankın vətəndaşa ultimatum qoymağa hüququ yoxdur- Ekspertbackend

Bankın vətəndaşa ultimatum qoymağa hüququ yoxdur- Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az– iqtisadçı ekspert Əkrəm Həsənov deyib:

“Bu yaxınlarda kollektoru olan BOA tərəfindən bir borcluya deyilmişdi ki, get böyrəyini sat. Unibank indi çox ağır maliyyə durumundadır, müflislik həddindədir, odur ki, lap qansızlaşıb. Vətəndaşa bankın ultimatum qoymağa hüququ yoxdur. Vətəndaş ödəmirsə, məhkəməyə verməlidir. Vətəndaşın imkanı varsa, borcu ödəyəcək. Yoxdursa, ödəməyəcək!”

Bundan başqa ekspert bildirir ki, kollektora gəldikdə bizdə onların fəaliyyəti tənzimlənmir: “Ümumiyyətlə bank borcun qaytarılmasını kollektora tapşıra bilər ki, onun adından hərəkət etsin. Amma vətəndaş kollektordan danışmaqdan imtina edə bilər.

Çünki, bu bank sirridir və kollektor bank deyil. Yəni vətəndaş kollektorun zəngləriniz, çağırışlarını və s. rədd edə bilər. Müştərinin kollektora satılmasına gəldikdə söhbət bank tərəfindən kreditin kollektora satılmasından gedir. Kredit bir bank tərəfindən digər banka satıla bilər.

Bankın vətəndaşa ultimatum qoymağa hüququ yoxdur- Ekspert

Ancaq kollektora və ya digər bank olmayan şəxsə satıla bilməz. Çünki, onun bank lisenziyası yoxdur. Kollektora kreditin satılması kollektorun qanunsuz bank fəaliyyəti ilə məşğul olması deməkdir. Bu isə ümumiyyətlə cinayətdir”.

İnterpress.az