İxrac etdiyimiz pomidorun qiymətində azalma müşahidə olunur. Belə ki, ötən ilin I rübündə Rusiyaya ixrac olunan pomidorun 1 tonu 1240 dollara rəsmiləşdirilirdisə, bu ilin analoji dövründə bu rəqəm 1120 dollara enib.
Rusiya Türkiyəyə embarqo tətbiq etdikdən sonra sözügedən bazarın mütləq lideri Mərakeşdir. Rusiyaya idxal olunan pomidorların 56,6%-i Afrika ölkəsindən gətirilir. Halbuki, ötən ilin analoji dövründə bu rəqəm 17,3% olub. (apa)
İnterpress.az