Azərbaycandan Rusiya bazarına qarpız, yemiş daşınırbackend

Azərbaycandan Rusiya bazarına qarpız, yemiş daşınır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buna görə də, xarici ölkələrə, xüsusilə də Rusiyaya daha çox məhsul göndərilir. Bu barədə virtualaz.org saytına Kənd Təsərrüfatı Nazirliyindən məlumat veriblər.
Xəbərdə deyilir ki, İran və Türkiyədən gətirilən bostan məhsullarının həcmi azalıb. Yerli istehsalın artması nəticəsində məhsullar Rusiya bazarına çıxarılır. Təkcə iyunda 57,5 ton qarpız, 16 ton yemiş Rusiyaya ixrac olunub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzində Azərbaycana idxal olunan, eyni zamanda ölkədə açıq bostan şəraitində yetişdirilən məhsulların stasionar laboratoriya şəraitində analitik sistem cihazları vasitəsilə kimyəvi və toksikoloji müayinələri aparılır.

Son günlərdə həyata keçirilən müayinələr zamanı qarpızlarda nitratların miqdarının 37 mq/kq, yemişdə isə 72mq/kq olduğu məlum olub.
Müqayisə ücün bildirək ki, qarpızlarda nitratların norması 60 mq/kq, yemişdə isə 90mq/kq–dır. Müayinələr zamanı məhsullarda insan saglamlığı ücün təhlükə yaradacaq ağır metalların və pestisid qalıqlarının miqdarına rast gəlinməyib.

Dövlət Fitosanitar Nəzarəti Xidməti istehlakcıları bostan məhsulları alan zaman məhsulun xarici görünüşünə diqqət yetirməyə dəvət edir. Əzik, catlamış, çürüməyə məruz qalmış məhsullar almaq, eyni zamanda məhsulu soyuducuda uzun müddət saxlamaq olmaz. Əgər düzgün temperatura riayət olunmaqla, məhsul soyuduca saxlanılarsa və istifadə olunarsa, insan orqanizmi üçün hec bir təhlükə yarana bilməz. (virtualaz.org)

İnterpress.az