Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər isə 1822,9 manat və ya ayda orta hesabla 364,6 manat təşkil edib.
Gəlirlərin 79,4 faizi son istehlak xərclərinə, 9,5 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 8,3 faizi isə yığıma yönəldilib.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 15 milyard 846,9 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 1649,6 manat vəsait qalıb.
İnterpress.az