Azərbaycanlı deputat Rusiyada 1,5 milyarda sanatoriya tikdiribbackend

Azərbaycanlı deputat Rusiyada 1,5 milyarda sanatoriya tikdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İstoçnik” adlı sanatoriyanın tikintisinə 1,5 milyard rubl xərcləndiyi bildirilir.

Sanatoriyanın açılışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov və digər rəsmi şəxslər iştirak ediblər.

Layihəyə sərmayə qoyan investorların arasında “Karat Holdinq”in adı çəkilir. Eyni vaxtda 400 nəfərin müalicə ala biləcəyi bu sanatoriya “Holiday Inn.” şirkətinin layihəsi əsasında tikilib.

“Karat” MMC deputat Əsabil Qasımov tərəfindən yaradılıb və o, 2010-cu ildə deputat seçilənə qədər şirkətin prezidenti vəzifəsini daşıyıb. “Karat MMC” 2008-ci ildən Mənzil Tikinti Kooperativi kimi də qeydə alınıb. 2006-cı ildən isə “Karat MMC”-nin də daxil olduğu “Karat Holdinq” yaradılıb. Həmin holdinqdə və MTK-da idarəçiliyi Əsabil Qasımov deputat seçiləndən sonra, onun oğlu Taleh Qasımov və yaxın qohumları Umud Umudov və Qərib Əmiraslanov həyata keçirsə də, faktiki rəhbərliyi və nəzarəti yenə də Milli Məclisin deputatı Əsabil Qasımov həyata keçirir.

Deputat seçilənə qədər sahibkarlıq fəaliyyətilə məşğul olan deputat Əsabil Qasımovun biznes şəbəkəsinə iri şirkətlər daxildir. Bu sırada “Karmen” un və makaron məmulatlarının istehsalçısı qismində çıxış edən “Karat” dəyirmanını, “Dimes” meyvə şirələrini istehsal edən konserv zavodunu, mərkəzdə hündürmərtəbəli binalar inşa edən tikinti şirkətini və s. göstərmək olar. Hazırda oğlu Taleh Qasımov tərəfindən idarə olunan “Karat Holdinq” özəl sektorda öz mövqelərini günü-gündən gücləndirir.

Azərbaycanlı deputat Rusiyada 1,5 milyarda sanatoriya tikdirib

Əsabil Qasımov 79 saylı İmişli Seçki Dairəsindən deputatdır, YAP-ın üzvüdür. Ötən illər ərzində “Karat Holding”in Gürcüstanda və hətta Ermənistanda da biznes qurduğu, burada taxıl və un məhsullarının monopolisını əlində saxladığı haqqında yazılar dərc olunub. (haqqin.az)

İnterpress.az