Dünyanın 400 ən zəngin insanı 127,4 mlrd. dollar itirdibackend

Dünyanın 400 ən zəngin insanı 127,4 mlrd. dollar itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verilir ki, bu, \”Bloomberg\” agentliyinin milyarderlər reytinqində öz əksini tapıb.

Dünya fond indekslərində müşahidə olunan eniş dünyanın ən 400 ən zəngin biznesmeninin ümumi aktivlərinin 3% azalaraq 3,9 trln. dollara çatmasına səbəb olub.

Avropanın ən zəngin insanı olan Amansio Orteqa 1 gün ərzində 6 mlrd. dollar, dünyanın ən zəngini olan Bill Qeyts isə 2,4 mlrd. dollar itirib.

Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda britaniyalıların 51,9%-i krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib.

Referendumun nəticələri dünya bazarlarını dalğalandırıb və demək olar ki, bütün aparıcı birjalar 3-10% eniş nümayiş etdirib. Funt sterlinq isə 1985-ci ilin minimumunu yeniləyib. (apa.az)

İnterpress.az