Türkiyənin İsraillə barışması Azərbaycan qazını ucuzlaşdıra bilərmibackend

Türkiyənin İsraillə barışması Azərbaycan qazını ucuzlaşdıra bilərmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verilir ki, “Milliyət” qəzetində dərc edilmiş məqaləyə əsasən ildə 30 milyard kubmetrə qədər İsrail qazının Mersin limanına nəqli, onun üçdə birinin Türkiyədə qalması, qalanının Avropaya nəqli planları var.

Söhbət İsrailin Ağ dənizdəki Leviafan qaz yatağından hasil olunacaq təbii qazdan gedir. Bu yataqda 1 trilyon kubmetrə qədər qaz ehtiyatının olduğu təxmin edilir. Yatağın istismarına dair ABŞ-da qeydiyyatdan keçmiş “Noble Oil” şirkəti ilə İsrailin “Delek” şirkəti arasında ilkin razılaşma imzalanıb. Gözlənilir ki, İsraillə Türkiyə arasında münasibətlərin normallaşmasından sonra qazın Türkiyə üzərindən Avropa bazarlarına çıxarılması barədə danışıqlar başlayacaq.

Əgər Türkiyə İsraildən 8-10 milyard kubmetr qaz alsa bu, ölkənin Rusiyadan aldığı 50 milyard kubmetr qazın 20 faizi deməkdir. Ekspertlər bunu nəzərə alıb hesab edir ki, İsraillə anlaşma Türkiyənin Rusiya qazından asılılığını azaldacaq. Eyni zamanda Türkiyə İran, Rusiya və Azərbaycanla qaz “bazarlığına” daha güclü mövqe ilə gedəcək, yəni bu ölkələrdən qazı daha ucuz ala biləcək.

Gözlənilir ki, İsrail qazının Türkiyədən nəqli 2020-ci ildən başlaya bilər. Bunun üçün Ağdənizdən Türkiyəyə qədər 500 kilometr uzunluğunda boru xəttinin çəkilməsi lazımdır. İsrail qazının Avropaya nəqli üçün ən əlverişli marşrut Türkiyədir. (virtualaz.org)

İnterpress.az