Bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bildirib.
Onun sözlərinə görə, bu layihənin tikintisinə tələb olunan ümumi kapital xərcləri 6,3 mlrd. dollardır (9,7 mlrd. manat): \”İlkin ötürmə gücü 10 milyard kubmetr olan boru kəmərinin sonradan 20 milyard kubmetrədək genişləndirilməsi imkanına malikdir\”.
V. Əliyev bildirib ki, bu ilin may ayının sonuna layihə üzrə iş həcminin 19,5%-i yerinə yetirilib. \”Ümumilikdə 877 milyon avro (təxminən 1,5 mlrd. manat) həcmində sərmayə qoyulub\”. (apa)
İnterpress.az