AMB-nın məlumatına görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi 0,2% artaraq 1,5394 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası manata nisbətən 0,51% möhkəmlənərək 1,7090 manat olub.
Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 0,42% möhkəmlənərək 0,0241 manat olub.
Türkiyə lirəsi manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,51% möhkəmlənərək 0,5315 manata yüksəlib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0622 manatdır. Beləliklə, funt sterlinq manata qarşı 0,68%-lik bahalaşma nümayiş etdirib.
Gürcüstan larisi də 0,86% ucuzlaşaraq 0,6537 manat təşkil edib.
Interpress.az