5 illik əməyin NƏTİCƏSİ: Samsung ekranlarda yeni gizlilik funksiyasını TƏTBİQ EDİR – FOTObackend

5 illik əməyin NƏTİCƏSİ: Samsung ekranlarda yeni gizlilik funksiyasını TƏTBİQ EDİR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samsung Galaxy S26-da ekranı kənar gözlərdən qoruyan yeni texnologiya tətbiq ediləcək.

İnterpress.az xəbər verir ki, bu barədə xarici texnologiya mediası məlumat yayıb.

“Samsung”un yeni “Galaxy S26” smartfonunda kənar şəxslərin ekrana baxmasını əngəlləyən (anti-peeping) daxili müdafiə sistemi peyda olacaq.

Məlumata görə, mühəndislər bu funksiya üzərində 5 il ərzində işləyiblər.

Bu, ekranın aparat səviyyəsində tətbiq edilən xüsusi funksiyasıdır. O, şəxsi mesajlar və ya bank bildirişləri kimi bəzi vacib elementləri kənar şəxslərdən gizlətməyə imkan verir.

Telefon sahibi mətni və məlumatları normal şəkildə görsə də, kənardan baxanlar həmin hissədə sadəcə qara düzbucaqlı görəcəklər.

Bu innovativ texnologiyaya malik smartfonun fevral ayında rəsmən təqdim ediləcəyi gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az