Metro 40-50 qəpik olacaq?backend

Metro 40-50 qəpik olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq dekabrın 1-dən bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi aylıq istehlak həcminin 250 kVts-a qədər olan hissəsi köhnə tariflə – yəni 7 qəpik, aylıq istehlak həcminin 250 kVts-dan çox olan hissəsi isə 11 qəpiklə hesablanacaq. Qeyri-əhali üçünsə elektrik enerjisinin tarifi 9 qəpik olub. Qazın illik istehlak həcminin 1500 m3 -dək olan hissəsi üçün köhnə tariflə – 100 manat, istehlak həcmi 1500 m3 -dən çox olan hissəsi isə 200 manat müəyyən edilib.

İnsanları ən çox narahat edən isə ictimai nəqliyyatda ola biləcək bahalaşmadır.

Sosial şəbəkələrdə Bakı metrosunda gediş haqqının 40-50 qəpik civarında müəyyən olunacağı iddia olunub.

Məsələ ilə bağlı Femida.az İqtisadiyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyevlə əlaqə saxlayıb. Nazirlik rəsmisi bildirib ki, hazırda Tarif Şurasının gündəliyində metroda gediş haqqının artırılması ilə bağlı məsələ müzakirə olunmur.

O deyib ki, Tarif (qiymət) Şurasına sərnişindaşıma ilə bağlı tarif dəyişdirilməsi barədə müraciət daxil olmayıb.

İnterpress.az