İnterpress.az xarici KİV-ə istinadən bildirir ki, bazarlarda gözlər OPEC-in toplantısına çevrilərkən, iclas ərəfəsində OPEC-in baş katibindən flaş açıqlama gəlib. Barkindo, \”Bu gün razılığa gələcəyik\”, – deyib.
Barkindonun açıqlamasının istehsalda dondurma siqnalı olaraq qəbul edilməsinin ardından neftin qiymətində sıçrayış olub.
Neftin satışında yüksəliş faiz 4-ü aşarkən brent neftin bir barrelinin qiyməti günorta saatlarında 5,79 faiz artımaqla 50,06 dollara çatıb.
Digər tərəfdən, OPEC nümayəndəsi, \”Qeyri-rəsmi toplantıda razılaşma istiqamətində irəliləyiş əldə olunub. Ancaq hələ müqavilə başa çatdırılmayıb\”, – deyib.
Səudiyyə Ərəbistanının enerji naziri Xalid Al-Falih isə verdiyi açıqlamada bunları deyib:
“OPEC-in razılığa gələcəyi barədə nikbin olub-olmadığını bilmirəm. Bir razılaşmaya gəlməyə yaxınlaşırıq. OPEC müqaviləsinin işlək olması üçün əlverişli mexanizmə ehtiyacı var.
OPEC-in təklif etdiyi istehsal fasilələrini qəbul edirik. Əgər anlaşma olmasa neft bazarında qiymətlər daha aşağı düşəcək. Neft bazarında əsas göstəricilər düzgün istiqamətdə gedir.
OPEC üzvü olmayan istehsalçılara də hasilatı azaltmaları təklif etmələri istiqamətində ümumi bir arzu var. Əgər OPEC bir razılığa gələrsə, bazarlar dağılmaz”.
İnterpress.az