Nəhəng şarlar niyə düşüb? – Açıqlamabackend

Nəhəng şarlar niyə düşüb? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ticarət mərkəzinin rəhbərliyindən BakiPost.az-a bildirilib ki, yeni il dekorasiyalarının uçması nəticəsində Gənclik Mall ərazisində xəsarət alan olmayıb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır və nəticələri aradan qaldırılıb.

Məlumatda qeyd olunub ki, \”Gənclik Mall” adi qaydada işini davam etdirir və narahatlığa heç bir əsas yoxdur.
Qeyd edək ki, bu gün səhər saatlarında \”Gənclik Mall”un tavanından asılmış qalın plastik materialdan hazırlanan nəhəng yeni il şarlarından bir neçəsi qoparaq yerə düşüb. Xoşbəxtlikdən səhər saatları olduğundan ticarət mərkəzində az insan olub və bu səbəbdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Şarların yerə düşərək çilik-çilik olması isə insanlar arasında təşviş yaradıb.

İnterpress.az