Türkiyə vətəndaşı Naxçıvanda qəza törədibbackend

Türkiyə vətəndaşı Naxçıvanda qəza törədib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 1-də saat 21 radələrində Sədərək rayonu ərazisində Türkiyə vətəndaşı Engin Kenan idarə etdiyi \”Renault\” markalı avtomobili yolun kənarında dayanmış rayon sakini Asəf Əliyevə məxsus \”QAZ-3110\” markalı avtomobilə vurub. Avtomobil zərbədən yaxınlıqda dayanmış A.Əliyevə, həmyerliləri Murad Qasımova və Rauf Qaybalıyevə dəyib.

Qəzada A.Əliyev, M.Qasımov, R.Qaybalıyev və E.Kenanın 1 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan A.Əliyev dekabrın 2-də orada ölüb. Naxçıvan MR DİN DYPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

İnterpress.az