Avtomobil ağaca çırpıldı, sürücü sıxılaraq öldü – VİDEObackend

Avtomobil ağaca çırpıldı, sürücü sıxılaraq öldü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Xezerxebere istinadən xəbər verir ki, ağaca çırpılan maşının sürücüsü xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.

Ağır qəza Lənkəranda olub. Masallı rayonunun Mahmudavar kənd sakini, 45 yaşlı Güləddin Qasımov avtomobili ilə gedərkən qəfildən idarəetməni itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb. Güclü zərbədən avtomobil əzilərək yararsız hala düşüb.

Ağır bədən xəsarətləri almış sürücü maşından çıxarılaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən zəruri tibbi yardımların göstərilməsinə baxmayaraq Güləddin Qasımov bir müddət sonra dünyasını dəyişib.Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində müayinədən keçirildikdən sonra ailəsinə təhvil verilib.

İnterpress.az