Bakıda silahlı basqın törədilibbackend

Bakıda silahlı basqın törədilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Nərimanov rayonu polis idarəsindən verilən məlumata əsasən xəbər verir ki, Bakının Nərimanov rayonunda TopAz bukmeker ofisi soyulub.

Hadisə dekabrın 2-də günorta saatlarında baş verib. Belə ki, Makarov tipli tapança ilə silahlanmış iki naməlum şəxs Ceyhun Hacıbəyli küçəsində \”Şuşa\” restoranı ilə üzbəüz yerləşən TopAz ofisinə gələrək mühafizəçini qorxudub kassadakı 330 manatı götürüblər. Onlar mühafizəçiyə xəsarət yetiriblər. Hazırda əməliyyatçılar fakt üzrə araşdırma aparırlar. Mühafizəçinin dediyinə görə, hücum edənlər yaşı 30-dan çox olmayan idmançı görkəmli şəxslər olublar.

İnterpress.az