Rusiya qırıcısı dənizə düşdübackend

Rusiya qırıcısı dənizə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu haqda tanınmış aviasiya jurnalisti Dvevid Sensiotti “The Aviationist” nəşrində yazıb.
Jurnalistin məlumatına görə, Su-33 qırıcısı Aralıq dənizindəki təyyarədaşıyana eniş edərkən dənizə düşüb. Pilot xilas olmağı bacarıb.
Sensiotti məlumatlı hərbi mənbələrinə istinadən bildirir ki, təyyarənin eniş vaxtı hava şərtləri yaxşı olub: 10 kilometrdən yuxarı görünüş və küləyin sürəti saatda 20 kilometrdən az.
Bildirilir ki, qırıcı aerofinişerin burazlarına ilişməyib və növbəti dairə üçün hündürlüyü yığa bilməyərək gəminin burnu ətrafında dənizə düşüb.
Rusiyanın səlahiyyətli mənbələri informasiyan;n həqiqətəuyğun olduğunu bildiriblər.
Daha əvvəl isə – noyabrın 14-də l“Admiral Kuznetsov” təyyarədaşıyan qrupunun tərkibindəki MiQ-29KR qırıcısı qəzaya uğramışdı.

İnterpress.az