Bu yazını yazmak üçün çok düşündüm və bir neçə dəfə də yazmaqdan vaz keçdim.Sonra anladım ki, yazmaq lazımdır. Çünki bu bizim cəmiyyətin ciddi sorunlarından biridir. Bir çox insan bu acını yaşayır, sadəcə yazmağa cəsarəti çatmır. Bir müddət əvvəl görüşümə çox qədim dostum gəlmişdi. Biz onunla az-az görüşərik, yani gərək dostu deyilik, ürək dostuyuq. Dertleşdik, əslində dərdini anlatdı mənə. Bu yaxınlarda həbs edilən bir qəzet redaktorunun bir çox tanıdığı insanların başına açdığı oyunlardan danışdı, yıxdığı evlərdən, yakdığı canlardan, etdiyi şantajlardan və onlardan təhtid yoluyla aldığı küllü miqdarda pullardan söz açtı.
Onu dinlədikcə dəhşət bürüyürdü məni. Bir qəzet redaktoru bu qədər cinayətləri təkbaşına necə törədə bilər? Bu cəmiyyət hara baxır? Hüquq mühafizə orqanları nə işlə məşğuldur ki, hər kəsin gözü önündə bunlar baş verir və kimsə də bu adama DUR deməyə, gözün üstündə qaşın var deməyə cəsaret etmir. Məlum oldu ki, o heç də tək başına deyilmiş, arxasını bizim keçmiş MTN\’dən bir qrupa söykənmişmiş. Əməlli başlı çete qurmuş və bu çeteyə daxil olanların hərəsinin öz işi varmış. Oyun qurmak, şər və böhtan atmaq, məqsədli şəkildə kimisə danışdırıb səs yazmaq. Vay ola hökümətin əlehinə bir kəlimə söz deyəsən onda işin daha müşkül olur. Bu işdə isə bir ana-qız varmış. Onlardan istifadə edirlərmiş.Bu cinayətkarlar həbs olunan kimi canlarına qorxu düşmüş qaçıb qərb bölgəmizdə rayonda gözdən irakda yaşıyırlar.Bəs onların insanlara cəkdirdikləri bunca acıların vebalı kimin boynunda olacakdır? Yəni onlar məsuliyyətdən kənardamı qalacaklardır? Bunları eşitdikcə düşünürsən ki, Azərbaycanda da FETÖ yapılanması var və bunlar dövlətin bütün məqamlarına yerləşmişlər. Sadəcə bir mətbuat orqanı bunları əllbəttə tək başına edə bilməz.
Bunlar mənim üçün yad məsələlər deyildi. Mən də bu cəmiyyətdə yaşayıram, bu sorunların bir çoxunu da bizzat yaşamışam. Mənim üzüldüyüm, özünə zərrə qədər hörməti olan şəxsiyyət sahiblərinin bu şantajlara boyun əyməsi, onların əsirinə çrvrilməsi, borca-xərcə düşərək bu cinayətkarlara para verməsidir və cəmiyyətimizin bu əxlaqsızların yazdıqları böhtanlara inanacağı qorxusu ilə onların dediklərini etməsidir.
Yani yazılan dedi-qodulara inanacaq qədərmi düşdü bizim cəmiyyətimizin səviyyəsi? Araştırmadan, təhlil etmədən kücə ağzıyla danışan insanlara inanmaqdırmı bizim mədəniyyətimizin ölçüsü?
Başqalarının anasını, bacısını, qızını, eşini santaj edərək, evindəki, anasına, bacısına, xanımına geyim-keçim almaqdırmi kişilik? Bir qadını və qızını alçaq işlərə alət edərək, para-pul qazanmaq və bunu da edərkən arlanmadan, utanmadan lüks həyat yaşamaq kişilikdəndirmi? Erkekliyin E\’si yoxdur bu cür insanlarda. Nökəri olduğu para babalarının yanında ayaqaltı olanlar, mazlumun başını “uf” demədən kəsir və bu cəmiyyətin üzvləri isə mənə dəyməyən ilan yüz il yaşasın düşüncəsiylə susursa, deməli mənəviyyatımız bitmişdir.
Millətinin işğal altında olan torpağı, Karabağla bağlı bir cümlə yazmayan, onun-bunun mətbıəxindən yazmaqla məşğul olmağı qəzetçilikmi sayır bunlar acaba?.Erməniyə qələmiylə xidmət edənlər bu gün baş redaktor səviyyəsinə qaldırırlar, millətin ziyalılarını söydürürlər və sonra da işlərinə gəlməyəndə vətən xaini elan edərək həpsə atırlar ki, bu da millətə təhqirdən başqa bir şey deyil.
Əlbəttə bu cəmiyyətdə namuslu sözün və kalemin qiymətini bilən bir çox yazar və baş yazarlar da var ki, onlar bu cür alçaqlıqlara boyun əyməzlər və əymədilər. İçlərində çox sayğı duyduğum dostlarım da vardır. Çok zorluklara rağmən şərəfiylə yazmağı və qaləmini satmadığını bilirəm. Zatən metbuatımız onların ismiyle tarixdə qalmağa davam edəcəkdir. Qələmini və mənliyini satanlar isə tarixin çoplüyünə atılacaqdır.
Sevgili dostlarım və özəlliklə üzümü xanımlara tutaraq yazıram, nə olursa olsun, bu cür şərəfsiz insanların şantajına boyun əyməyin.