“Azərişıq” gücləndirilmiş iş rejiminə keçibbackend

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. Onun sözlərinə görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədi ilə Bakı şəhəri, ətraf kənd və qəsəbələr, regional enerji təchizatı idarələri, şəhər-rayon elektrik şəbəkələri üzrə təsis edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib.

\”Texniki direktorlara tabe olan xidmət sahələrində və avtonəqliyyat idarəsində növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılıb. Hazırda ölkə boyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Gecə saatlarında bəzi yerlərdə baş verən qəzaların nəticələri operativ aradan qaldırılır. Güclü küləyin təsiri nəticəsində fərdi qaydada belə hər hansı problemlər yaranarsa, istehlakçılardan 199 Çağrı Mərkəzinə zəng etmələri xahiş olunur. Daxil olan müraciətlərə əsasən harada problem yaranarsa, “Azərişıq” ASC-nin əməkdaşları bu problemi operativ qaydada aradan qaldırmağa tam hazırdır\”, – deyə T.Mustafayev vurğulayıb.

İnterpress.az