Bakıda bu marşrut xətti üzrə hərəkət edən avtobusların son dayanacağı dəyişdibackend

Bakıda bu marşrut xətti üzrə hərəkət edən avtobusların son dayanacağı dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaliq Faiqoğlu MMC-dən İnterpress.az-a verilən məlumata görə, aprelin 27-29-da Bakının mərkəzi küçələrində keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ərəfəsində gücləndirilmiş rejimdə, yəni sutkada 22 saat xidmət göstərəcək 3 avtobus marşrutundan biri şirkətimizə məxsus olan 65 saylı xətdir.

Məlumata görə, yarış ərəfəsində və yarış günləri 65 nömrəli avtobusun son dayanacağı “Azneft” dairəsi deyil “Azərbaycan” prospektində – Mərkəzi Univermağın yaxınlığında yerləşən dayanacaq olacaq: “Avtobuslarımız hər zaman olduğu kimi 5 dəqiqəlik intervalla hərəkət edəcək və səhər saat 6:00-dan gecə saat 4:00-dək paytaxt sakinlərinin, eləcə də qonaqların xidmətində olacaq”.

İnterpress.az