Şamaxıda direktorun döyülməsi xəbərinə aydınlıq gətirildi – TƏFƏRRÜATbackend

Şamaxıda direktorun döyülməsi xəbərinə aydınlıq gətirildi – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a Ağsu rayon Təhsil Şöbəsinin müdiri Səftər Əlabbasov məlumat verib. O bildirib ki, hadisə məktəbdə baş verməyib: “Hadisə ötən gün axşam üstü baş verib. Ağsu rayon Ləngəbiz kənd orta məktəbində işləyən müəllim Şamaxının Çöl Bağırlı kəndindəndir. Bu iki kənd bir-birinə bitişikdir, qonşu kəndlərdir. Həmin müəllim bizdə əvvəllər müəllim işləyirdi, amma bu ildən artıq direktordur. Sadəcə olaraq, hadisə onların öz kəndlərində öz həmkəndlisi ilə aralarında baş verib. Hadisə məktəbdə olmayıb. Nə də ki, direktorumuza xəsarət yetirən şəxs müəllim deyil. Onun həmkəndlisidir. Kəndlərində toy imiş, bunlar da iştirak edirmiş. Toyda mübahisə yaranıb kəndçisi direktorumuzun üzərinə atdığı butulka ilə başına zərbə endirib. Daha sonra o, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Direktoru döyən şəxsin isə bizim məktəblə heç bir əlaqəsi yoxdur. Direktorumuz da yaxşı vəziyyətdədir. Ciddi bir şey yoxdur. Sabah inşallah işə çıxmalıdır. Sabah olmasa da, birisigün işə mütləq çıxacaq”.

S.Əlabbasov sözügedən hadisə ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar dərs edən saytları qınayıb: “Mən bayaqdan saytlara baxıram, hər sayt bir cür yazır. Biri yazıb vəziyyəti ağırdır, biri də birazdan yazacaq ki, artıq direktor ölüb. İndi direktor içkili olub, olmayıb bilmirəm. Faktiki olaraq hadisə dediyim kimi olub. Bu barədə hüquq-mühafizə orqanlarına da məlumat verilib. Araşdırma aparılır”.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Səid Qərib
İnterpress.az