Bu, Cənab Prezidentin sərəncamına və Cümhuriyyətimizə qarşı hörmətsizlikdir – QHT rəhbəribackend

Bu, Cənab Prezidentin sərəncamına və Cümhuriyyətimizə qarşı hörmətsizlikdir – QHT rəhbəri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizim nəinki səfirlərimiz, parlamentdə o qədər deputatlarımız var ki, bu gün dövlət bayrağımızın mənasını belə bilmirlər. Onların heç bayrağın mənasından xəbərləri yoxdur”.

Bunu İnterpress.az-a açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin (DAK) aparat rəhbəri Samir Adıgözəlli Azərbaycanın Gürcüstandakı səfirinin rəsmi qəbulda olan zaman dövlət bayrağımızın tərsinə asılmasına münasibət bildirərkən deyib.

S.Adıgözəlli deyib ki, bəzi deputatların, səfirlərin və məmurların bayrağın mənasından xəbərləri yoxdur: “Bizim bağçaya gedən, məktəbə gedən şagirdlərimiz bayrağın mənasını danışırlar. Amma bu deputatların, bu məmurların bayrağın mənasından xəbərləri yoxdur. Gedin parlamentdə sorğu keçirin, əgər deputatların yarısı bayrağın, dövlət atributlarımızın mənasının nə olduğunu və himnimizi əzbər bilsələr o zaman mən daha siyasətlə və ictimai fəaliyyətlə məşğul olmayacam”.

Bu, Cənab Prezidentin sərəncamına və Cümhuriyyətimizə qarşı hörmətsizlikdir - QHT rəhbəriDAK rəsmisi qeyd edib ki, bununla bağlı Azərbaycan XİN araşdırma aparmalıdır. O, XİN-ni səfirləri təlimatlandırmağa çağırıb: “Təəssüflər olsun ki, bu cür bixəbərlər bizim səfirliklərimizdə də çalışırlar. Mən o xəbəri oxudum və çox təəssüflər olsun ki, Azərbaycanı xarici ölkədə təmsil edən səlahiyyətli nümayəndəmiz belə yanlışlığa göz yumub. Bunu xırda bir məsələ kimi görmək olmaz. Bu, çox ciddi bir hadisədir. Bayrağın eninə, uzununa asılma qaydaları var. Ola bilər ki, bu qaydaları hansısa sıravi vətəndaş bilməsin. Amma bunu səfirin, deputatın bilməməsi biabrçılıqdır. Hesab edirəm ki, səfirimizin bayrağımıza qarşı bu münasibəti onun fəaliyyətinin nə dərəcədə olmasından xəbər verir. Çox ciddi bir problemdir ki, dövlət nümayəndəsi bayrağın asılma qaydasından xəbərsizdir. Hesab edirəm ki, Azərbaycan XİN səfirləri bir daha dövlət atributları bardə təlimatlandırmalıdır. Çünki, artıq buna zərurət də var. Bunun qarşısı alınmalıdır ki, bayrağımız haqqında məlumatsız olan bir o qədər də səfirimiz var”.

S.Adıgözəlli dəfələrlə icra hakimiyyətlərinin başçılarının kabinetində və polis rəislərinin kabinetində Azərbaycan bayrağının yanlış asıldığını gördüyünü vurğulayıb: “Mən dəfələrlə icra başçısının kabinetində bayrağı düzəltmişəm, neçə-neçə polis rəislərinin otağında iş masalarının üzərinə qoyulan bayraqların düzgün asılmadığını bildirmişəm. Düzdür, bizim dövlətimizə qarşı dəfələrlə qəsdən bayrağı səhv asıblar ki, öz qərəzlərini nümayiş etdirsinlər. Biz bunu digər qonşu dövlətlərimizdə də görmüşük, misal üçün elə İranda. Amma buna baxmayaraq, Dursun Həsənov diqqətli olmalı idi və bu yanlışlığı aradan qaldırmalı idi. Çünki, o, dövləti təmsil edir və o səhvi mütləq düzəltməliydi. Türkiyədə dövlət məmuru əyilərək yerə düşən bayrağı götürərək qaldırır. Görəsən bizdə neçə belə səfir və ya məmur vardır? Bayraq bizim namusumuzdur. Hər birimizin ailə namusu olduğu kimi bayraq da onun namusudur”.

S.Adıgözəlli Beynəlxalq Diaspor Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə xarici ölkələrdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər keçirməsinə münasibət də bildirib.

O bildirib ki, BDM AXC-nin 100 illiyi ilə bağlı Sankt Peterbuqrda tədbirlər keçirsə də, Azərbaycan səfirliyinin Sankt Peterburqdakı Konsulluğu ilə görüş keçirməyib:
“Biz səfərimizdən on gün qabaq Rusiyada Azərbaycan səfirliyinin Sankt Peterburqdakı Konsulluğuna yazılı müraciət etdik. Ümumiyyətlə, biz hər zaman xarici ölkələrdə tədbirlər həyata keçmirmək üçün gedəndə səfirliklərə və konsulluqlara müraciət edirik. Biz ən son Türkiyənin Qars şəhərində tədbir keçirdik. Orda baş konsulluq bizi qarşıladı və tədbirlərimizin həyata keçirilməsində öz köməkliklərini göstərdilər. Ümumiyyətlə, hər hansı diplolamtın xaricdəki fəaliyyəti ondan ibarətdir ki, o, təmsil etdiyi ölkə ilə bağlı hər hansı xırda məsələ də olsa belə, iştirak etsin. Biz də Sankt Peterburqdakı Konsulluğa müraciət edən zaman istəyimiz təkcə konsulluq rəsmilərinin də bizim tədbirlərimizdə iştirak etməsi idi. Biz orda olanda konsulluğun rəsmisi ilə telefonlala bağlantı yaradıb əlaqə saxladıq. Amma bizi nə konsulluğa dəvət etdilər, nə də ki, tədbirimizə də gəlmədilər”.

S.Adıgözəlli hesab edir ki, Xarici İşlər Nazirliyinin xarici ölkələrdəki nümayəndələrinin bu etinasız münasibətləri birbaşa olaraq XİN-in səriştəsizliyindən irəli gəlir: “Cümhuriyyət bizə Tanrıdan verilmiş elə bir paydır ki, bu, bizdən başqa heç bir xalqlarda yoxdur. Bizim tədbirimizdə konsulluğun nümayəndələrindən kimsənin iştirak etməməsi birbaşa olaraq Cənab Prezidentin sərəncamına və Cümhuriyyətimizə qarşı hörmətsizlik idi. Çünki dövlət başçısı bununla bağlı sərəncam imzalayıb. Hesab edirəm ki, konsulluğun borcu idi ki, bizim tədbirlərimizdə iştirak etsin. Bunu mən etiraf edim ki, bizim XİN-də işləyən kifayət qədər bacarıqlı insanlar olduğu qədər, kifayət qədər bacarıqsız insanlar da var. Onlar ümumiyyətlə, bu sahədən xəbərsizdirlər. Bəzi diplomatlarımız var ki, tamam başqa bir sahədən gəlib düşüblər konsulluğa, ona görə də vəzifələrinin öhdəsindən gələ bilmirlər. Səfir müavini və və baş konsul var ki, işlərini qətiyyən bacarmırlar. Biz iki ilə yaxındır ki, Gürcüstana buraxılmırıq. Heç bir səbəb olmadan. İki il bundan qabaq Tiflisdə Ermənistan səfirliyinin qarşısında aksiya təşkil etmək üçün icazəli sənəd aldıq. Amma sonradan biz ora buraxılmadıq ki, aksiyamızı keçirək. Aksiyanı da icazəli şəkildə keçirdik, əlimizdə sənəd var. O vaxtdan sonra bizi Gürcüstana buraxmırlar. Baxmayaraq müraciətlər edirik ama heç bir nəticə yoxdur. Gürcüstan özünü bu gün demokratik dövlət hesab edir. Özünü dünyaya Qafqazda ilk demokratik dəyərləri mənimsəmiş şəkildə sırıyır. Amma bu nqədər demokratiklikdir ki, biz ora buraxılmırıq. Bundan əlavə, bizim Gürcüstandakı səfirliyimizin bu məsələyə biganəliyi də diqqəti cəlb edir”.

Qeyd edək ki, ötən gün Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovla Tbilisi şəhər Bələdiyyəsinin sədri Georgi Tkemaladze arasında rəsmi görüş keçirilib. Rəsmi görüş zamanı Azərbaycanın dövlət bayrağının tərsinə asılması diqqəti cəlb edib. Belə ki, rəsmilərin ikitərəfli görüşü zamanı masanın üzərinə qoyulan dövlət bayrağında rənglərin yeri səhv düşüb. Ən maraqlısı odur ki, bütün bunlar Azərbaycan səfirinin gözü qarşısında baş verib.

Səid Qərib
İnterpress.az