İnterpress.az xəbər verir ki, bunu \”Sherg.az”a Sarkisyan-Koçaryan cütlüyünün və onlarla eyni cəbhədə olan Katolikos ll Qareginin erməni xalqına qarşı cinayətlərindən danışarkən politoloq Qabil Hüseynli söyləyib.
O diqqətə çatdırıb ki, həmin dövrdə R.Koçaryan xalq mitinqini dağıtmaq üçün Katolikos ll Qareginin razılığı ilə öz xalqına atəş açdı:
\”Mitinqlər zamanı faktiki prezident olan R.Koçaryan daxili qoşunların rəhbərinə şəxsən göstəriş verir ki, mitinqçilərə atəş açsınlar. Daxili qoşunların rəhbəri isə hadisələri etiraf edib. Hadisələr zamanı 31 nəfər dinc sakin öldürülüb, amma rəsmi məlumatlarda bu rəqəm 11 göstərilir.
İndiki Paşinyan hökuməti 2008-ci il hadisələrinin tədqiq edilməsi üçün komissiya yaratdı. Nə qədər şəxsin öldürüldüyü, onlara atəş açmaq əmrinin kim tərəfindən verildiyi və s. araşdırılır. Ümid edirəm ki, nəticədə cinayətkarlar məsuliyyətə cəlb ediləcək. Onların içərisində cinayətkar addım atılmasına öz razılığını və xeyr-duasını verən katolikos II Qaregin də var.
Konstitusion hüququndan istifadə edib, öz haqqını müdafiə edən dinc şəxslərə qarşı cinayətkar addım atan şəxslərin cəzalandırılması məqsədəuyğundur. Bu əslində, ibrətamiz addımdır və hakimiyyətdən sui-istifadə edərək, vətəndaşların üzərinə silahlı hücuma keçirilməsinin araşdırılması düzgün addımdır. Bu Ermənistan cəmiyyətində uzun illərdir qalan \”Mart sindromunun” aydınlıq tapmasına gətirib çıxara bilər”.
Qeyd edək ki, katolikos ll Qaregin 2008-ci il martın birində dinc etiraz aksiyasının gülləbaran edilməsində birbaşa məsuliyyət daşıyır. O, Ermənistanın o vaxtkı hakimiyyətinə belə cinayətkar addım atmaq üçün öz razılığını və xeyr-duasını verib.Katolikos erməni xalqının bəlalarında heç də Sarkisyan və Koçaryandan az cavabdeh deyil. İşğalçılıq ideologiyasının, qondarma soyqırımı iddialarının əsas ilhamvericilərindən biri də məhz odur.
İnterpress.az