“Boeing” Efiopiyadakı aviaqəzaya görə yeni təyyarənin təqdimatını təxirə salıbbackend

“Boeing” Efiopiyadakı aviaqəzaya görə yeni təyyarənin təqdimatını təxirə salıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az \”Kommersant\”a istinadən xəbər verir ki, bu barədə \”Boeing\” şirkətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, yeni təyyarəni dünyaya ən qısa zamanda təqdim etmək imkanı axtaracaqlar.

Qeyd edək ki, \”Boeing Business Jets\” ötən ilin dekabr ayında \”dünyanın yarısından çoxu\”na bərabər məsafələrə birbaşa uçuşlar edə biləcək yeni təyyarələrin təqdim olunacağını açıqlamışdı. Söhbət \”BBJ-777-8\” və \”BBJ-777-9\” modellərindən gedir. Onlardan birinci birdəfəlik yanacaqdoldurma ilə 21570 km, ikincisi isə 20370 km-ə qədər məsafə qət edəcək.

Xatırladaq ki, martın 10-da Efiopiyanın Bişoftu şəhəri yaxınlığında \”Boeing 737\” tipli təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 157 nəfər ölüb.

Bununla əlaqədar Böyük Britaniya, Çin, Malayziya, Efiopiyanın bir sıra aviaşirkətləri \”Boeing 737 Max 8\” təyyarələrindən istifadənin dayandırıldığını açıqlayıb.

İnterPress.az