DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da şəhər sakini olan bir qadının bank hesabından 3416 manat çıxararaq oğurlamaqda şübhəli bilinən Qaraqoyunlu kənd sakinləri B.Məmmədov, X.Əhmədli və bir yeniyetmə saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
İnterPress.az