İnterPress.az-ın əməkdaşı məsələ ilə bağlı şəxsən Kamil ilə əlaqə saxlasa da, onun nömrəsinə zəng çatmayıb.
Daha sonra idmançının həyat yoldaşı müğənni Gülay Zeynallı ilə telefon bağlantısı yaratmağa cəhd göstərdik. Köməkçisi qeyd edib ki, hazırda Gülay xanım Xəzər TV-də çəkilişdədir və danışa bilmir. Baş verən hadisə ilə bağlı xəbəri yoxdur.
Kamilin “Limak” fitnes mərkəzinin Rasim adlı əməkdaşı isə bildir ki, “Kamil polis bölməsində yalnız izahat yazıb və onun saxlanması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir”.
12:17
Polis idman təlimçisi Kamil Zeynallını saxlayıb.
İnterPress.az xəbər verir ki, bu barədə Report məlumat yayıb.
K.Zeynallı Nərimanov Rayon Məhkəməsinə aparılıb. Məhkəmənin onun əməli ilə bağlı qərar verəcəyi gözlənilir.
O, İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.
İnterPress.az