UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab matçı keçirilib.
İnterPress.az xəbər verir ki, Juventus öz meydanında Atletico Madrid\’i qəbul edib. İlk oyunda 0:2 hesabıyla məğlub olan Turin təmsilçisi, cavab matçında 3-0 hesablı inamlı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
Günün digər qarşılaşmasında isə Manchester City öz meydanında Schalke ilə üz-üzə gəlib.İngiltərə təmsilçisi bu oyunda rəqibini 7-0 hesabla darmadağın edərək adını növbəti mərhələyə adlayıb.(corner.az)
Çempionlar Liqası, 1/8 final, cavab oyunları
Yuventus (İtaliya) 3-0 Atletiko (Madrid, İspaniya)
Qol: C.Ronaldo, 27; 48; 86-pen.
(ilk oyun – 0:2)
Mançester Siti(İngiltərə) 7-0 Şalke(Almaniya)
Qol: Aguero, 35-pen; 38. Sane, 42. Sterling, 56. B.Silva, 71. Foden, 78. G.Jesus, 84.