Nazir müavini: “Şagirdlər kibertəhlükəsizliklə bağlı məlumatlandırılmalıdır”backend

Nazir müavini: “Şagirdlər kibertəhlükəsizliklə bağlı məlumatlandırılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bunu Bakıda keçirlən VI Regional İnternet İdarəçilik Forumunda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

O həmçinin bildirib ki, internetdəki viruslarla mübarizə, elementar kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması orta məktəblərdən başlamalıdır: “Bu barədə məlumatlar dərsliklərə salınmalıdır. Bu gün şagirdlərin hər biri yeni texnologiyalardan istifadə edir. Onlar artıq ali məktəbə gələnə qədər bu hallarla rastlaşırlar. Biz onları kibertəhlükəsizliklə bağlı məlumatlandırmalıyıq. Bu istiqamətdə aidiyyatı qurumlar tərəfindən addımların atılması gözlənilir\”.

İnterPress.az