Hadisə avqustun 1-də günorta saatlarında şəhərin mikrorayon ərazisində qeydə alınıb. Məmməd adlı taksi sürücüsü aralarında olan şəxsi münaqişə zəminində həmkarı, Lənkəran şəhər sakini, 1975-ci il təvəllüdlü Vüqar Vaqif oğlu Əsgərova ürək, qarın boşluğu və digər nahiyələrdən 4 bıçaq zərbəsi vurub.
Yaralı çatdırıldığı Lənkəran Mərkəzi Rayon Xəstəxanasında keçinib.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları qətli törətmiş şəxsin yaxalanması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri görürlər. (apa)
İnterpress.az