Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında əvvəllər məhkum olunmuş V.Yusifovun şəhər ərazisindəki yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 1,5 kiloqrama yaxın tiryək, həmçinin heroin, metadon, metamfetamin və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
İnterPress.az