Martın 21-dən havanın temperaturu yüksələcəkbackend

Martın 21-dən havanın temperaturu yüksələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, sabah axşamdan Bakıda və Abşeron yarımadasında küləyin sürəti səngiyəcək: \”Havanın temperaturu 9 dərəcəyə yaxın olacaq. Martın 20-də Azərbaycanın bəzi rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında yağışlı havanın müşahidə ediləcəyi gözlənilir\”.

U.Tağıyeva əlavə edib ki, martın 21-də respublikanın əksər rayonlarında mülayim yaz havası müşahidə ediləcək: \”Hava yağmursuz keçəcək. Havanın temperaturu əvvəlki günə nisbətən artacaq. Günorta saatlarında Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 12-14 dərəcə olacaq\”.

İnterPress.az