Erməni obmudsman azərbaycanlı əsirə baş çəkdi – FOTObackend

Erməni obmudsman azərbaycanlı əsirə baş çəkdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sputnik Ermənistan”ın məlumatına görə, insident zamanı erməni hərbçilərin açdığı atəş nəticəsində ayağından yaralanan E.İbrahimov hazırda xəstəxanada müalicəsini davam etdirir.

Görüşdə həmçinin, məsələ ilə bağlı araşdırmaları aparan müstəntiq, vəkil və tərcüməçi də iştirak edib. Görüş vaxtı E. İbrahimov ailə üzvləri ilə görüşmək və danışmaq istədiyini bildirib.

A.Tatoyan qeyd edib ki, E.İbrahimovun ailəsi ilə məktub, telefon və videozəng vasitəsilə əlaqə yaratmasına şərait yaradılacaq. Ombudsman həmçinin, onun ailəsi ilə Ermənistan ərazisində təhlükəsiz görüşünün də təşkil edilməsinə hazır olduqlarını qeyd edib.

Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.

Erməni obmudsman azərbaycanlı əsirə baş çəkdi - FOTO

Erməni obmudsman azərbaycanlı əsirə baş çəkdi - FOTO

İnterPress.az