İnterpress.az-ın Türkiyənin Doğan Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, bununla bağlı bu gün Ağrı, Şırnak, Tunceli valilikləri xüsusi açıqlama yayıblar.
Ağrı Valiliyinin açıqlamasında qeyd olunub ki, bölgədə terror olaylarının artması ilə bağlı Ağrı və Tendürek dağlarında hərbi əməliyyatların keçirilməsi planlaşdırılıb.
Valilik bu əməliyyatlarda mülki şəxslərin zərər görməməsi üçün həmin ərazinin 15 günlük hərbi təhlükəsizlik bölgəsi elan edildiyini açıqlayıb.
Şırnakda 9, Tuncelidə isə 14 bölgə ilə bağlı eyni məzmunlu açıqlama yayılıb.