İsmayıllının daha bir kəndinə təbii qaz verilibbackend

İsmayıllının daha bir kəndinə təbii qaz verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 655 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 58 min 308 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

İnterPress.az