Nazirlik: 10448 tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlə təmin olunurbackend

Nazirlik: 10448 tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlə təmin olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, hazırda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmətçiləri 10448 tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial xidmət göstərirlər.

Onlar həftədə azı iki dəfə olmaqla tənha ahıl və əlil şəxslərin evlərinə gəlir, ev təsərrüfatında təmizlik işləri aparılması, zəruri ərzaq, sənaye və məişət mallarının alınması, yemək hazırlanması və s. işlərdə kömək edirlər.

Evlərində sosial xidmətlə təmin olunanlardan 85 faizə qədəri ahıllar (yaşı 70-dən yuxarı olanlar), qalanları əlilliyi olan şəxslərdir.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi “DOST xonçası” kampaniyası çərçivəsində həmin tənha ahıllar ziyarət olunur, onlara “DOST xonçası” olaraq bayram sovqatı təqdim edilir, bayram təbrikləri çatdırılır. Müxtəlif dövlət təşkilatları, özəl qurumlar, ayrı-ayrı fiziki şəxslər, tanınmış simalar “DOST xonçası” kampaniyasına qoşulurlar. Bununla bir tərəfdən cəmiyyətdə ahıllara diqqət və qayğı təşviq edilir, eyni zamanda, tənha ahıl insanlara Azərbaycan cəmiyyətinin hər zaman onların yanında olduğu əyani nümayiş olunur.

İnterPress.az