İnterpress.az Türkiyə mətbuatına istinadən bildirir ki, iki suriyalı şəxs yerli hüquq-mühafizə orqanlarının binalarının yaxınlığında saxlanılıb.
Polis onları saxladığı zaman cib telefonlarında bir sıra dövlət qurumlarının binalarının görüntüləri tapılıb. Həmçinin telefonlarda hər iki şəxsin İŞİD sıralarında döyüşdükləri zaman çəkilən fotoları da olub.
Beşşar H. Və Məhəmməd A.H. adlı bu iki şəxsin tanınmamaq üçün xarici görünüşünü dəyişdiyi, saqqallarını qırxdığı bildirilir.
Polisin ehtimalına görə, hər iki şəxs terror hücumu təşkil etmək üçün kəşfiyyata gəlib.
İnterpress.az