Komitə rəsmiləri Türkdilli ölkələrin diaspor rəhbərlərinin toplantısında iştirak edib – FOTObackend

Komitə rəsmiləri Türkdilli ölkələrin diaspor rəhbərlərinin toplantısında iştirak edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az DiasporPress-ə istinadən xəbər verir ki, Berlində Türk şurasııa daxil olan ölkələrin diaspor rəhbərlərinin toplantısı keçirilib. Toplantıda ölkəmizi Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli və Komitə sədrinin köməkçisi Ziya Ağayev təmsil edib.

Berlində keçrilən Türk şurasının iclasında Azərbaycan, Türkiyə, Qazaxstan və Qırğızstandan olan rəsmilər və diaspor sədrləri iştirak ediblər. Çıxış edən rəsmilər qeyd edib ki, Türk Şurasına üzv ölkələrin diaspor təşkilatlarının işinin əlaqələndirilməsi və birgə fəaliyyət tərəflərin maraqlarını təmin edir.

Diaspor fəaliyyətinin yaranması, inkişaf istiqamətləri, perspektivləri və qarşıya qoyulan məqsədlər barədə danışan diaspor rəhbərləri, həmçinin bu sahədə türkdilli ölkələrlə əməkdaşlığın əhəmiyyətindən bəhs ediblər.

Qeyd edək ki, Türkdilli Diasporların I Potensial Artırma Təlim Proqramı çərçivəsində Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev Almaniyada fəaliyyət göstərən diasporumuz haqqında detallı ve geniş təqdımatı olub. Təqdimat tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Komitə rəsmiləri Türkdilli ölkələrin diaspor rəhbərlərinin toplantısında iştirak edib - FOTO

Komitə rəsmiləri Türkdilli ölkələrin diaspor rəhbərlərinin toplantısında iştirak edib - FOTO

Komitə rəsmiləri Türkdilli ölkələrin diaspor rəhbərlərinin toplantısında iştirak edib - FOTO

İnterPress.az