İnterPress.az-ın məlumatına görə, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, V.Rəsulovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, onun 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib. V.Rəsulovun həbsdə və ev dustaqlığında olduğu 3 ay 22 gün müddət hazırkı qərarla ona təyin edilmiş əsas cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 il 8 ay 8 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Azadlığa buraxılan V.Rəsulov cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkəcək.
Qeyd edək ki, hadisə Şamaxı rayonunun Pirsaat kəndi ərazisində baş verib. Həmin ərazidə \”VAZ-21015\” markalı minik avtomobili qarşı tərəfdən gələn \”Shacman\” markalı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində 1989-cu il təvəllüdlü Seymur Niftəliyev, 1984-cü il təvəllüdlü Rahil Niftəliyev, 1940-cı il təvəllüdlü Nərminə Niftəliyeva, 1988-ci il təvəllüdlü Sahil Məmmədov və Lumu Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Daha sonra yaralılardan ikisi dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan \”Shacman\” markalı yük avtomobilinin sürücüsü V.Rəsulovun barəsində polisin nəzərətinə verilmə qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. V.Rəsulovun barəsində seçilmiş polisin nəzarətinə qətimkan tədbiri ləğv olunub və məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.(report)
İnterPress.az