Bu barədə “Report”a eksklüziv müsahibəsində Rumıniyanın xarici işlər naziri Teodor Viorel Meleşkanu bildirib.
“Şərq Tərəfdaşlığı\” ölkələrinin enerji nazirləri arasında Avropa İttifaqı Şurasında Rumıniya sədrliyinin təşkil etdiyi bu ilk görüşün hamımızın müştərək enerji öncüllüklərini müzakirə etrmək üçün mühüm fürsət olacağını xüsusi qeyd etmək istərdim”, – rumıniyalı nazir vurğulayıb.
Xatırladaq ki, Avropa İttifaqı tərəfindən 2009-cu ildə tətbiq edilmiş \”Şərq Tərəfdaşlığı\” proqramının əsas vəzifəsi Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna ilə regional əməkdaşlığın gücləndirilməsidir.
İnterPress.az