Gəncədə 14 yaşlı piyadanı avtomobil vurubbackend

Gəncədə 14 yaşlı piyadanı avtomobil vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan \”Opel\” markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 14 yaşlı Hamlet Turqay oğlu Hüseynovu vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.az