İnterPress.az-ın məlumatına görə, hadisə rayonun Salatın Əsgərova küçəsində qeydə alınıb.
Belə ki, ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində rayon sakini Kərim Xanlar oğlu Şahmuradova məxsus mənzildə yanğın baş verib. Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib.
İlkin məlumatlara görə, yanğın ev sahibinin övladının ehtiyatsızlığı ucbatından baş verib.
Faktla bağlı araşdırma aparılır.(Report)
İnterPress.az