İnterPress.az-ın məlumatına görə, insident nəticəsində hücumu həyata keçirən şəxs həyatını itirib, üç nəfər yaralanıb.
Hadisə yerli vaxtla 13:50 radələrində (Bakı vaxtı ilə 09.50 – red.) şəhərin yol-polis şöbəsinin birinci mərtəbəsində baş verib. Partlayışın gücü zəif olduğundan binaya ciddi ziyan dəyməyib.
Yaralılardan ikisi polis əməkdaşı, biri fəhlədir. Aldıqları xəsarətlərin həyati təhlükəli olmadığı bildirilir.
İntihar partlayışının motivləri və hadisəni törədənin kimliyi hələlik açıqlanmır.
İnterPress.az