İnterPress.az-ın məlumatına görə, hadisə gecə saatlarında İsmayillı-Qaraməryəm-Şəki magistral yolunun rayonun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Şəki rayon sakini, 1981-ci il təvəllüdlü Taleh Eyvazov idarə etdiyi 99-EE-835 dövlət qeydiyyat nişanlı \”Mercedes\” markalı minik avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil ağaca çırpılıb.
Qəza nəticəsində xəsarət alan 38 yaşlı T.Eyvazov Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, müalicəsi cərrahiyə şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
İnterPress.az