Hərbi hissədən qaçan əsgər ölü halda tapılıb – YENİLƏNİBbackend

Hərbi hissədən qaçan əsgər ölü halda tapılıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tver vilayətində hərbi hissədən silahla qaçan sıravi əsgər ölü halda tapılıb.

Bu barədə İnterPress.az RİA \”Novosti\”yə istinadən xəbər verir.

Qərb Hərbi Dairəsinin məlumatına görə, fərarinin meyiti qeyri-yaşayış binaların birində tapılıb. Onun yanında silah və döyüş sursatı da olub.

***10:48

Rusiya Silahlı Qüvvələrində xidmət edən sıravi əsgər Tver vilayətinin Rjev şəhərində yerləşən hərbi hissənin ərazisindən silahla qaçıb.

Bu barədə İnterPress.az TASS-a istinadən xəbər verir.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, sıravi əsgər Rjevdəki Hava Kosmik Qüvvələrinin 6-cı briqadasından \”Kalaşnikov\” avtomatı, dəbilqə, zirehi gödəkçə, 100-dən çox patron və süngü-bıçaqla qaçıb.

Qeyd olunur ki, hərbi hissənin şəxsi heyəti artıq həyəcan siqnalı ilə ayağa qaldırılıb, hazırda fərarinin axtarışı aparılır, polis əməkdaşları axtarışda hərbçilərə yardım göstərirlər.

İnterPress.az