Məhkəmə polisin əməliyyatını pozdu: “qanuni oğru”lar azadlıqdabackend

Məhkəmə polisin əməliyyatını pozdu: “qanuni oğru”lar azadlıqda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya mətbuatna istinadən bildirir ki, gürcülərin üstünlük təşkil etdiyi və “qanuni oğru” Zviad Darsadzenin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi üçün İspaniya polisi düz 1 il hazırlaşıb. Nəhayət əməliyyat keçirilib və dəstə üzvləri saxlanılıb. Lakin Madrid məhkəməsinin 43 saylı qərarı ilə saxlananlar azadlığa buraxılıb.

Dəstə evləri soymaqda, külli miqdarda pul və zinət əşyaları oğurlamaqda təqsirləndirilib. Həbs zamanı dəstə üzvlərindən 100 min avro nəğd pul, zinət əşyaları, evlərin qapısını açmaq üçün avadanlıq götürülüb. Lakin bunlara baxmayaraq məhkəmə dəstə üzvlərinin sərbəst buraxılması haqqında qərar çıxarıb. Prokurorluq artıq məhkəmənin qərarından şikayət verib.

İnterpress.az