İnterPress.az \”Anadolu” agentliyinə istinadən xəbər verir ki, nazirlər Antalyada görüşüblər.
M.Çavuşoğlu və S.Lavrov bağlı qapılar arxasında jurnalistlərin iştirakı olmadan müzakirələr aparıblar.
Görüşün yekunu olaraq nazirlər 2019-2020-ci illər üzrə məşvərət planını imzalayacaqlar.
Bundan başqa, XİN başçılarının sədrliyi ilə Türkiyə-Rusiya Yüsək Səviyyəli Əməkdaşlıq Şurasının strateji planlaşdırma birgə qrupunun 7-ci iclası keçiriləcək.
M.Çavuşoğlu və S.Lavrovun birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.
İnterPress.az