İnterPress.az-ın məlumatına görə, qəza Bakının Papanin körpüsü adlanan ərazisində baş verib.
Körpünün alt keçidində əks yola çıxan 99-ND-056 dövlət nömrə nişanlı, “Niva” markalı avtomobil səkiyə çırpılıb.
Hadisə yerinə yol-patrul xidmətinin əməkdaşları gəlib. Qəzadan sonra yolda tıxac yaranıb.
Hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb.
İnterPress.az