Bu barədə İnterPress.az Böyük Britaniya hökumətinin İmmiqrasiya Nəzarəti Departamentinə istinadən xəbər verir.
Bildirilir ki, 6 ayadək müddətinə qeyri-məhdud sayda səfərlər üçün verilən vizaların rüsumu 93 funtdan 95 funta, 5 ilədək müddətli vizaların rüsumu 636 funtdan 655 funta, 10 ilədək müddətli vizaların da 798 funtdan 822 funtadək bahalaşıb.
Həmçinin ölkəyə təhsil və ya müalicə üçün gedənlər üçün viza rüsumu da 186 funtdan 190 funtadək bahalaşıb.
Bundan əvvəl Böyük Britaniyada çirkli pul yuyulmasına qarşı tədbirlər çərçivəsində sərmayəçilərə viza verilməsi şərtlərinin sərtləşdiriləcəyi bildirilmişdi.
İnterPress.az